Bank Of Baku

Keçmiş NATO rəsmisi Rusiya ilə nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

Keçmiş NATO rəsmisi Rusiya ilə nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
# 18 may 2016 14:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanının keçmiş müavini Ser Aleksandr Riçard Şirreff Rusiya ilə yaxın illərdə baş verə biləcək nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıqla çıxış edib.

 

APA-nın məlumatına görə, bu barədə “The Independent” məlumat yayıb. Britaniyalı general bildirib ki, Moskva Baltikyanı ölkələrə qarşı təcavüzkar niyyət bəsləyir: “Münaqişənin alovlanmasına və qarşılıqlı nüvə zərbələrinin endirilməsinə gətirib çıxara biləcək Rusiya hərbi müdaxiləsinin qarşısını almaq üçün NATO Latviya, Litva və Estoniyada qruplaşmalarının sayını artırmalıdır”.

 

Ser R. Şirreff hesab edir ki, NATO-nun burada zəifliyinə əmin olan Rusiya həmin ölkələrə müdaxiləyə bəhanə kimi Baltik yanı ölkələrdə rusdilli azlıqların hüquqlarını qorumaq məsələsini göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR