Bu gün səhər saatlarında Ukrayna paytaxtında minik avtomobilində partlayış baş verib.
APA-nın məlumatına görə, bu barədə “24 kanal” telekanalı məlumat yayıb.
Kiyevin Mexanizatorçu və Solomen küçələrinin kəsişməsində piyada keçidi yaxınlığında “Mercedes” markalı minik avtomobilində güclü partlayış baş verib. Minik avtomobilinin sürücüsü ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları və ekspertlər göndərilib. Hadisənin terror aktı olub-olmadığı araşdırılır.