APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 45 min nəfərin iştirak etdiyi nümayiş İsrail səfirliyinin qarşısında başlayıb.
Sonra nümayişçilər Britaniya parlamenti istiqamətində yürüş ediblər.
Aksiya iştirakçıları İsrailin fələstinlilərə qarşı hərəkətlərini qətiyyətlə pisləyiblər, eləcə də Qəzza sektorunda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırışlar səsləndiriblər.