Bakı. Zümrüd Paşayeva – APA. “Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla özü öz ayağından vurub”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Avropa Birliyinin öz siyasəti üzərində yenidən düşünməyə çağırıb.
“Qərbin yürütdüyü sanksiyalar siyasətinin Rusiyaya hansı təsiri olub? Bunun nəticəsində bizə Rusiyadan daha çox zərər dəyir. Siyasətdə buna özünü öz ayağından vurmaq deyilir”, - deyə Macarıstanın hökumət başçısı bildirib.