Bank Of Baku

Türkiyə Nazirlər Kabinetinin nümayəndəsi: “Dünya ölkələrinin bir-birinə dost münasibət sərgiləməsi ən böyük arzumuzdur”

Türkiyə Nazirlər Kabinetinin nümayəndəsi: “Dünya ölkələrinin bir-birinə dost münasibət sərgiləməsi ən böyük arzumuzdur”
# 21 iyun 2017 12:47 (UTC +04:00)

"Türkiyə son 30 ildir PKK terroru ilə mübarizə aparır. Sonra ölkəmiz İŞİD problemi ilə üzləşdi. Bunlarla məşğul olarkən ötən il FETÖ dediyimiz, özlərini dindar adlandıran, lakin ölkə xaini olan bir qrup terrorçunun hücumuna məruz qaldıq". 

 

APA-nın məlumatına görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya baş idarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə səfərdə olan bir qrup xarici jurnalist üçün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, FETÖ hadisələri zamanı 250 insan həyatını itirib: "Onlar prezident və baş naziri öldürməyə çalışdılar. Bu ağır şərtlərdə demokratiyanın təməl prinsiplərinə əməl etmək istəyən ölkəmizdə 3,5 milyon mühacir var. Onlar bizim qonaqlarımızdır. Türkiyə heç kəsdən fərqləndirməyərək onların yaşamını təmin edir. Bu qədər ağır yükün tək Türkiyənin üzərinə düşməməsini və bəzi ölkələrin də bu yükün altına girməsini arzu edirik. Bütün dünyanın sülh içində yaşaması və bir-birinə dost münasibət sərgiləməsi ən böyük arzumuzdur". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR