Bank Of Baku

Mehmet Akarca: “Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə, qaçqınlara da o haqları veririk”

Mehmet Akarca: “Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə, qaçqınlara da o haqları veririk”
# 21 iyun 2017 12:45 (UTC +04:00)

“Dünyanın ən böyük çətinliklərindən biri müharibə və insanların öz evlərində çıxmağa məcbur qalmasıdır. Ermənistan hücumları nəticəsində 1 milyona yaxın azərbaycanlı da evindən, yurdundan didərgin düşüb”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə səfərdə olan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, eyni vəziyyət Suriyada və İraqda da var və bu ölkələrdə müharibə davam edir: “Oradan 3,5 milyon miqrant Türkiyəyə yerləşib. Onlar evindən, yurdundan olub, qaçmağa məcbur qalıb. Heç kəsə belə bir tale arzulanmamalıdır. Hazırda Türkiyə vətəndaşlarına nə haqlar verilirsə, onlara da o haqlar verilir. Onlar Türkiyədə istədikləri qədər qalacaqlar”. 
 
M. Akarca qeyd edib ki, miqrant böhranı zamanı Türkiyəyə heç bir ölkə ciddi kömək etməyib: “Onlar vəziyyətin ağırlığını anladıqlarını bildiriblər, lakin kömək etməyiblər. Türkiyə indiyə kimi düşərgələrdə mühacirlərin saxlanması üçün 25 milyard dollar xərcləyib. Avropa İttifaqı 4 milyard yardım edəcəklərini bildirib, lakin o pul bizə gəlib çatmayıb”.  
 
M. Akarcanın sözlərinə görə, Türkiyədəki mühacirlərdən 3,2 milyonu suriyalı, qalanı İraq, Afrika və bəzi Avropa ölkələrindəndir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR