Bank Of Baku

Merkel: “Böyük Britaniyanı Avropa İttifaqında görmək istərdik”

Merkel: “Böyük Britaniyanı Avropa İttifaqında görmək istərdik”
# 17 dekabr 2015 16:22 (UTC +04:00)

Bakı – APA. “Almaniya Böyük Britaniyanı Avropa İttifaqının tərkibində görmək istərdi”.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə səfər edən Almaniya kansleri Angela Merkel çıxış edib.

 

Bununla belə, o qeyd edib ki, ölkəsi qurumun əsas prinsiplərinin dəyişdirilməsinin əleyhinədir.

 

“Britaniyanın Avropa İttifaqı tərkibində mövcudluğunu qoruyub-saxlamaq istəsək də, Avropa İttifaqının diskriminasiyanın olmaması və sərbəst gediş-gəliş kimi əsas prinsiplərini məhdudlaşdırmaq niyyətində deyilik”, - deyə o vurğulayıb.

 

Merkel əlavə edib ki, məsələ ilə bağlı Avropa İttifaqının sammitində açıq müzakirələr olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR