Bank Of Baku

Münhendə baş verən atışmada 5 nəfər yaralanıb

Münhendə baş verən atışmada 5 nəfər yaralanıb
# 13 iyun 2017 10:31 (UTC +04:00)

Almaniyanın Münhen şəhərində atışma baş verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Münhenin dəmir yolu vağzalında baş verən insident zamanı bir neçə nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

 

Yerli KİV-in məlumatına əsasən sənədlərin yoxlanılması zamanı naməlum şəxs polis əməkdaşına atəş açıb. Onun ağır yaralandığı, həmçinin daha dörd nəfərin xəsarət aldığı bildirilir. Belə ki, hadisəni törədən şəxs silahı polisdən zorla alıb və insanlara atəş açmağa başlayıb. O, saxlanılıb. Hadisə yerinə 100-dək polis əməkdaşı və bir helikopter cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR