Bank Of Baku

Şimal dənizində neft platformasının zədələnməsi nəticəsinə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şimal dənizində neft platformasının zədələnməsi nəticəsinə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 31 dekabr 2015 02:54 (UTC +04:00)

Bakı-APA . Şimal dənizində Çinin "China Oilfield Services Ltd", şirkətinə məxsus buruq qurğusunun zədələnməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumat görə, neft platformasında baş verən insidentə səbəb güclü qasırğa olub.

 

Hündür dalğaların buruq qurğusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılsa da,  1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, COSL  “Statoil” şirkətinin Şimal dənizindəki “Troll” yatağında işlər aparır. Platformada 106 nəfərin çalışdığı bildirilir, onlardan 50-si təxliyyə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR