Bank Of Baku

Numan Kurtulmuş: “Türkiyə sərhədinə axın edən miqrantların sayı 600 min nəfərə çata bilər”

Numan Kurtulmuş: “Türkiyə sərhədinə axın edən miqrantların sayı 600 min nəfərə çata bilər”
# 08 fevral 2016 21:20 (UTC +04:00)

Bakı - APA. Suriyanın Hələb əyalətində davam edən şiddətli döyüşlər nəticəsində Suriya-Türkiyə sərhədinə axın edən miqrantların sayı 600 min nəfərə çata bilər.

 

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

 

“Yaxın müddət ərzində regionda böhranın dərinləşəcəyi təqdirdə, Türkiyə sərhədinə 600 min nəfərədək miqrant toplaşa bilər”, deyə N.Kurtulmuş bildirib.

 

Qeyd olunur ki, indiyədək Türkiyə 2,7 mln, Avropa İttifaqı isə 2 milyona yaxın miqrant qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR