Bank Of Baku

Olland Rusiyadan Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib

Olland Rusiyadan Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib
# 11 fevral 2016 23:28 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland Rusiya hakimiyyətini Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Olland açıqlamasında bildirib ki, Suriyada hava zərbələri nəticəsində evlərini tərk etməyə məcbur olan minlərlə dinc sakin əziyyət çəkir.    

 

“Biz Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin olmalıyıq”, deyə Olland qeyd edib.

 

Moskva iddia edir ki, Rusiya təyyarələrinin Suriyada endirdiyi hava zərbələri  yaşayış rayonlarına qarşı yönəlməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR