Bank Of Baku

Fransada etiraz aksiyaları keçirilib, polis gözyaşardıcı qazdan istifadə edib

Fransada etiraz aksiyaları keçirilib, polis gözyaşardıcı qazdan istifadə edib
# 12 sentyabr 2017 16:40 (UTC +04:00)

Parisdə etiraz aksiyası keçirilib.

 

APA-nın RİA "Novosti”-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları əmək qanunvericiliyinə təklif olunan dəyişikliklərə etirazlarını bildirirlər.

 

On minlərlə insan Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyib.

 

Aksiyaçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb.

 

Məlumata görə, polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 

 

Bu gün Fransanın Marsel, Kan, Monpelye, Bordo, Lion və digər şəhərlərində də etiraz mitinq-yürüşləri keçirilib.

 

Növbəti kütləvi aksiya sentyabrın 21-nə planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR