Bank Of Baku

Parisdə polislərə hücum etmiş şəxs İŞİD-lə əlaqəli olduğunu bildirib

Parisdə polislərə hücum etmiş şəxs İŞİD-lə əlaqəli olduğunu bildirib
# 06 iyun 2017 23:56 (UTC +04:00)

Parisdə polis patruluna hücum etmiş şəxs İŞİD-lə əlaqəli olduğunu etiraf edərək, özünü “xəlifətin əsgəri” adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.   

 

Xəbər verildiyi kimi, Parisin mərkəzində çəkic və iki bıçaqla silahlanmış naməlum şəxs “Bu Suriyaya görədir” deyə çığıraraq polis əməkdaşlarına hücum edib, nəticədə bir asayiş keşikçisi xəsarət alıb. Polisin açdığı atəş nəticəsində hücum edən şəxs sinəsindən yaralanaraq xəstəxanaya yerləşdirib. 

 

Paris prokurorluğu insidentlə bağlı araşdırmalara başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR