Bakı. Rüfət Əhmədzadə – APA. Ötən gecə Parisdə Səudiyyə Ərəbistanı şahzadəsinin korteji naməlum şəxslər tərəfindən qarət edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Parisien” qəzeti yazıb. Qeyd edilir ki, avqustun 17-də axşam Səudiyyə Ərəbistan səfirliyindən Le Burje aeroportu istiqamətində hərəkət edən kortejə “Port-de-la-Şapel” metro stansiyası yaxınlığında “Kalaşnikov” tipli avtomatlarla silahlanmış şəxslər hücum ediblər. Nəticədə 250 min avro pul və sənədlər oğurlanıb. Ölən və yaralanan olmayıb.