Bank Of Baku

PKK tərəfdarları Parisdə terrora qarşı aksiya keçirən etirazçılara hücum ediblər

PKK tərəfdarları Parisdə terrora qarşı aksiya keçirən etirazçılara hücum ediblər
# 14 dekabr 2016 04:15 (UTC +04:00)

PKK tərəfdarları Parisdə terrora qarşı aksiya keçirən etirazçılara hücum ediblər.  APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində qadın və uşaqlar daxil olmaqla azı 5 nəfər xəsarət alıb.

 

Türk QHT-lərinin təşəbbüsü ilə təşkil edilən etiraz aksiyası “Terrora – yox! Demokratiyaya – hə!” şüarı altında Respublika meydanında keçirilib.   

 

Məlumata görə, bir qrup PKK tərəfdarı meydanda toplaşan etirazçılara aksiya başlamazdan əvvəl hücum edib. Hücum edənlər dəmir parçaları və “Molotov kokteyl”ləri ilə silahlanıb.

 

Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

 

Polis hücum edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görür.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR