Bank Of Baku

Poroşenko Ərdoğanı təbrik edib və Ukraynaya dəvət edib

Poroşenko Ərdoğanı təbrik edib və Ukraynaya dəvət edib
# 11 avqust 2014 19:34 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Rəcəb Tayyib Ərdoğanı Türkiyənin tarixində ilk dəfə ümumxalq səsvermə yolu ilə keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, telefon bağlantısı zamanı Ərdoğan Donbasdakı vəziyyətlə maraqlanıb və regionda sülhün və əmin-amanlığın bərpa edilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu bildirib.

 

Ukrayna prezidenti, öz növbəsində, Türkiyənin yeni seçilmiş prezidentini Ukrayanya rəsmi səfərə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR