Bank Of Baku

Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb
# 04 mart 2017 07:33 (UTC +04:00)

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün “Twitter” səhifəsində yazıb.

 

Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.

 

Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənəd ötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.

 

Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR