Bank Of Baku

Qara dəniz üzərində Rusiya və ABŞ təyyarələri arasında təhlükəli yaxınlaşma olub

Qara dəniz üzərində Rusiya və ABŞ təyyarələri arasında təhlükəli yaxınlaşma olub
# 29 yanvar 2016 07:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Yanvarın 25-də Rusiyanın "Su-27" hərbi təyyarəsi Qara dəniz üzərində ABŞ-ın kəşfiyyat təyyarəsi ilə təhlükəli həddə qədər yaxınlaşıb.

 

APA-nın xəbərinə görə, bunu "Fox News"a ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mişel Baldanza deyib. O, rusiyalı pilotun hərəkətini "təhlükəli" və "qeyri-peşəkar" adlandırıb.

 

ABŞ hərbi mənbələri ötən ilin payızında Rusiya hərbi təyyarələrinin ABŞ pilotsuz uçuş aparatlarına 3 dəfə təhlükəli şəkildə yaxınlaşdıqlarını bildiriblər. Bu məsələ Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında müzakirə edilib. Tərəflər Suriyada iki ölkə hərbi təyyarələri və vasitələrinin qarşı-qarşıya gəlməməsi üçün uçuşların təhlükəsizliyi barədə memorandum imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR