Bank Of Baku

Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”

Saakaşvili: “Siyasi sığınacaq nəyimə lazımdır?”
# 31 iyul 2014 07:40 (UTC +04:00)

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda “Rustavi-2” telekanalının müxbirinin sualını cavablandırarkən deyib.

 

Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. “Baxın Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR