APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Radio Rossiya”ya müsahibəsində deyib.
Nazir qeyd edib ki, Qərb Suriyada münaqişənin başladığı ilk günlərdən Əsəd rejiminin tezliklə məğlub olacağına şübhə etməyib: “Deyirdilər ki, onun sayılı günləri qalıb. Ancaq bu sayılı günlər 5 ildir bitmir. Qərbdəki həmkarlarımızın xalqın ayağa qalxacağına və Əsədi devirəcəyinə dair proqnozları reallaşmır. Bu o deməkdir ki, Əsəd Suriya cəmiyyətinin kifayət qədər böyük bir hissəsinin maraqlarını əks etdirir. Ona görə də onun iştirakı olmadan Suriya münaqişəsinin həllini tapmaq mümkün deyil”.