Bank Of Baku

Tükiyədə keçirilən əməliyyatlar çərçivəsində 4 gündə 68 PKK-çı öldürülüb

Tükiyədə keçirilən əməliyyatlar çərçivəsində 4 gündə 68 PKK-çı öldürülüb
# 19 dekabr 2015 09:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyənin Şırnak vilayətinin Cizrə və Silopi rayonlarında PKK-ya qarşı aparılan əməliyyatlar çərçivəsində 4-cü gündə 68 terrorçu öldürülüb.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, terrorçulardan 3-ü sağ ələ keçirilib.

 

Türkiyə Silahlı Qüvvələri və polisin birgə həyata keçirdiyi əməliyyatlarda isə 1 çavuş şəhid olub, təhlükəsizlik qüvvələrindən 22 nəfər yaralanıb.

 

Silopi rayonunda xəstələrin xəstəxanaya daşınması üçün zirehli avtomobillərin qoruduğu ambulanslardan istifadə edilir.

 

Terrorçuların istifadə etdikləri güman olunan evlərdə isə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR