Bank Of Baku

TAK qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

TAK qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 19 fevral 2016 19:12 (UTC +04:00)

Bakı-APAKürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın məlumatına görə, bu barədə “Milliyet” qəzeti xəbər verib.

 

Onlar bunun Türkiyə hökumətinin cənub-şərqdə apardığı siyasətə qarşı cavab olduğunu bildirərək rəsmi Ankaranı yeni hücumlarla hədələyiblər.

 

Bildirilir ki, “Kürdüstan Azadlıq Şahinləri” qruplaşması ABŞ-ın terror təşkilatları siyahısında yer alır. TAK Türkiyədə böyük şəhərlər və turistik bölgələrdə təşkil etdiyi terror aktları ilə tanınıb.

 

Qeyd edək ki, fevralın 17-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR