Bank Of Baku

TAK qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

TAK qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 20 dekabr 2016 18:13 (UTC +04:00)

Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.    

 

Qeyd edək ki,  bir neçə gün əvvəl Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər yaralanıb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.   

 

“Kürdüstan Azadlıq Şahinləri” qruplaşması  dekabrın 10-da İstanbulun mərkəzindəki “Vodafon” stadionunun qarşısında törədilən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Həmin partlayışlar nəticəsində 44 ölüb, 38 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR