Bank Of Baku

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb - YENİLƏNİB

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 04 iyul 2018 17:52 (UTC +04:00)

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb.

 

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

 

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində  sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

 

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

 

Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

 

*** 18.32

 

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib.


İnsidentin 2 gün öncə baş verdiyi bildirilir.

Aeroport əməkdaşlarının zəhərlənməsi hava limanının fəaliyyətinə təsir etməyib. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR