Bank Of Baku

Tbilisidə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Tbilisidə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 26 aprel 2018 14:09 (UTC +04:00)

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “Soyqırım hadisələri müasir elmi araşdırmalarda” adlı beynəlxalq elmi konfrans keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Gürcüstan Milli Elmlər Akademiyası, Azərbaycanın Gürcüstandakı səfirliyi və Valeh-Hacılar adına Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə  keçirilmiş tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Konstantin Kvetsitadze, hər iki ölkənin tanınmış tarixçi alimləri, mütəxəssisləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konfransda çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri və Bakı quberniyasına daxil olan digər şəhər və kəndlərdə törədilmiş kütləvi qətllər və talanlar barədə söz açıb: “Zaman keçsə də erməni siyasəti, terroru və vəhşiliklərinin mahiyyəti dəyişməyib. Xocalıda törədilmiş amansız soyqırımı buna sübutdur”.

 

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan isə bildirib ki, 1918-ci ildən öncə və əvvəlki dövrlərin tarixi yaxşı araşdırılmalıdır: “Bu sahədə Türkiyə, Azərbaycan və Gürcüstan tarixçilərinin birgə araşdırmaları olub. Bu araşdırmaların nəticələrinin daha ətraflı təhlil olunmasına ehtiyac var”.

 

Diplomat deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə inkişaf və sabitliyin təmin olunmasına yönələn bir sıra sahələr üzrə əməkdaşlıq edirlər: “Bu birliyə qarşı olan qüvvələr həm bölgə daxilində, həm də bölgə xaricində var. Tarixi həqiqətləri qəbul etməyərək, yalanları uca səslə deyib dünyaya yayan kiçik qüvvələr bu birliyə xələl gətirə bilməz”.

 

Konfrans 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı müxtəlif mövzular üzrə tarixçi alim və araşdırmaçıların məruzələri ilə davam etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR