Tiflisdə ali məktəblər arasında “Mən və Avropa Birliyi” mövzusunda esse yazan azərbaycanlı tələbələr qalib olublar - FOTOSESSİYA

Tiflisdə ali məktəblər arasında “Mən və Avropa Birliyi” mövzusunda esse yazan azərbaycanlı tələbələr qalib olublar - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2014 18:10 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mövzu ilə bağlı Gürcüstanın bir çox universitetlərində təhsil alan tələbələr müsabiqədə iştirak edib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin nümayəndəsi Zaur Darğallının APAya verdiyi məlumata görə, gürcü ali məktəblərində 4+1 proqramı ilə təhsil alan azərbaycanlı və digər etnik azlıqların nümayəndələri də müsabiqəyə qatılıblar.

 

Bu gün keçirilən görüşdə çıxış edən Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili, İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektor müavini Merab Eliaşvili esse qaliblərini təbrik ediblər.

 

Müsabiqədə iki nəfər azərbaycanlı tələbə esse yazı müsabiqəsində qalib olub. Sonda digər qaliblər kimi İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr Xalid Muradov və Tural Naziyevə nazirliyin mükafatı və kompüter verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR