Bank Of Baku

Avropa Şurasının Rusiya və Türkiyənin üzvlük haqqı ödəmədən nə qədər fəaliyyət göstərəcəyi açıqlanıb

Avropa Şurasının Rusiya və Türkiyənin üzvlük haqqı ödəmədən nə qədər fəaliyyət göstərəcəyi açıqlanıb
# 24 aprel 2018 17:00 (UTC +04:00)

Avropa Şurasının baş katibi Turbörn Yaqland qurumun Türkiyə və Rusiyanın üzvlük haqqı ödəmədən nə qədər fəaliyyət göstərə biləcəyini açıqlayıb.

 

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, T. Yaqland gələn ilin sonuna qədər fəaliyyətin mümkün olacağını deyib: “Bu müddətdən sonra yeni tədbirlər görüləcək”.

 

T. Yaqland bildirib ki, 2019-cu ilin sonuna kimi Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın büdcəyə üzvlük haqqını ödəməməsi ilə bağlı tədbir görə bilər: “Belə bir qayda var ki, üzv ölkə 3 il ödəniş etməsə, Nazirlər Komitəsi tədbir görməlidir. Bu müddət 2019-cu ilin sonunda bitir”.

 

Qeyd edək ki, Rusiya ilə Avropa Şurası arasında münasibətlər 2014-2015-ci ildə rusiyalı parlamentarların Krım məsələsi ilə bağlı mövqelərinə görə bəzi səlahiyyətlərinin məhdudlaşdırılmasından sonra kəskinləşib. Ötən ilin iyununda Rusiya ödənişinin bir hissəsini dondurub və deputatların fəaliyyətləri bərpa olunmayana qədər belə davam edəcəyini bəyan edib.

 

Həmçinin, ötən il AŞPA-nın Türkiyənin monitorinq altına alınması qərarından sonra bu ölkə bu qurumunun büdcəsinə ödənişi azaldıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR