Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqda 4 hərbçinin yaralandığını təsdiqləyib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqda 4 hərbçinin yaralandığını təsdiqləyib
# 17 dekabr 2015 04:33 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İraqın Mosul şəhəri yaxınlığındakı hərbi düşərgənin İŞİD tərəfindən raket atəşinə məruz qalmasını və 4 türk hərbçisinin yaralandığın təsdiqləyib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.

 

Məlumata əsasən, dekabrın 16-ı, yerli vaxtla saat 15:10-da kürdlərin “peşmərgə” qüvvələri və İŞİD terror təşkilatı arasında baş verən atışma zamanı türk hərbçilərinin yerləşdirildiyi təlim düşərgəsi raket atəşinə tutulub. Hadisə nəticəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu Şırnak şəhərinin xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR