Bank Of Baku

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub
# 05 mart 2017 20:55 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

 

APA-nın “Milliyet”-ə verdiyi xəbərə görə, söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatı barədə məlumat verilmir.

 

Bundan əvvəl nazirlər arasında martın 4-də telefon danışığı baş tutmuşdu. Söhbət zamanı M.Çavuşoğlu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvi ilə əlaqədar narahatlığını ifadə etmişdi. Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəlmişdilər. Qeyd edık ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya qarşı sərt çıxış edib. Dövlət başçısı türkiyəli nazirlərə qarşı hərəkətləri demokratiyaya zidd addım kimi qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR