Bakı-APA. Türkiyənin Rize şəhərində "Fənərbaxça" futbol klubunun avtobusu atəşə tutulub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə sürücü ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Trabzon şəhərinə yollanan avtobusun naməlum şəxslər tərəfindən atəşə tutulduğu bildirilir. İlkin məlumata əsasən, sürücüdən başqa avtobusda xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, insident “Rizespor”-“Fənərbaxça” oyunundan sonra qeydə alınıb. Matç 5:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.