Bank Of Baku

Türkiyədə daha 36 “nurçu” polis saxlanılıb

Türkiyədə daha 36 “nurçu” polis saxlanılıb
# 05 avqust 2014 10:34 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyənin 14 vilayətində Gülən camaatına qarşı aparılan əməliyyatlar çərçivəsində 36 polis əməkdaşı saxlanılıb.

 

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Əmniyyətin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları İstanbul da daxil olmaqla, 14 vilayətin hüquq-mühafizə orqanlarında əməliyyat həyata keçiriblər və “paralel dövlət” iddialarında adı keçən şəxslər nəzarətə alınıb.

 

Əməliyyatlar İstanbul, Ankara, Van, Mardin, Hakkari, Batman, Diyarbəkir, Şırnak, Bitlis, Bingöl, İğdır, Ağrı, Şanlıurfa və Kahramanmaraş vilayətlərində aparılıb. Saxlanılan şəxsləri İstanbula aparılacağı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR