Bakı. Fərid Mirzəyev – APA. Türkiyədə keçmiş xəbər aparıcısı Alp Buğdaycı cəzaçəkmə müəssisəsində ölüb.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, A. Buğdaycının cəsədi Tibbi Ekspertiza Birliyinə aparılıb.A. Buğdaycının infarktdan öldüyünü ehtimal edən məhkumun vəkili bildirib ki, cəsədin qulaq və alın nahiyəsində qan ləkələri olub.
A. Buğdaycının dəqiq ölüm səbəbi tibbi ekspertizanın nəticəsindən sonra bilinəcək.
Qeyd edək ki, A.Buğdaycı yazıçı Mətin Kaçanla birlikdə Günəş K. adlı qızı zorlamaqda təqsirli bilinib. A.Buğdaycı United Press İnternationalda (UPI), Türk Xəbərlər Agentliyində (THA) müxbir, TRT radioda aparıcı kimi çalışıb.