Bank Of Baku

Türkiyədə mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb

Türkiyədə mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb
# 30 yanvar 2016 11:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb.

 

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.

 

Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR