Bank Of Baku

Türkiyədə şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 7 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Türkiyədə şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 7 nəfər ölüb, 16 nəfər xəsarət alıb
# 08 fevral 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Milliyet”-e istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

 

Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.

 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR