Bu gün səhər Türkiyədə şizofreniyadan əziyyət çəkən 22 yaşlı gənc kütləvi qətl törədib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Konyanın Cihanbeyli qəsəbəsinin Bulduq məhəlləsində baş verib.
Atılgan K. məhəllədə bir evə girərək silahdan atəş açmağa başlayıb. Nəticədə 5 nəfər həyatını itirib. Qatil polis tərəfindən saxlanılıb.