Bank Of Baku

Türkiyədə sutka ərzində 16 PKK terrorçusu məhv edilib

Türkiyədə sutka ərzində 16 PKK terrorçusu məhv edilib
# 30 yanvar 2016 23:00 (UTC +04:00)

Bakı-APA. Türkiyənin cənub-şərqində ötən sutka ərzində PKK terror qruplaşmasının 16 silahlısı məhv edilib. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.   

 

“Cizrədə 9, Curada 7 PKK terrorçusu məhv edilib. Ümumilikdə, antiterror əməliyyatı başlayandan bu vaxtadək Cizrədə 483, Surada isə 144 terrorçu məhv edilib”, deyə məlumatda bildirilir.   

 

Məlumatda, həmçinin, bildirilir ki, qeyd olunan iki rayonda 44 partlayıcı qurğunun zərərsizləşdirilib, xeyli sayda silah-sursat müsadirə edilib.   

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, dekabrın ortalarından bu vaxtadək, ümumilikdə 720-dək PKK terrorçusu məhv edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR