Bank Of Baku

Vyanada Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilir

Vyanada Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilir
# 17 may 2016 10:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Vyanada Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilir.

 

APA-nın məlumatına görə, görüşün məqsədi Suriyadakı böhranın həllinə yardım etməkdir.

 

Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini və digər şəxslər iştirak edir. Sonda yekun bəyannamənin imzalanacağı gözlənilir.

 

Xatırladaq ki, ötən gün Vyanada Liviya üzrə beynəlxalq konfrans, habelə  ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR