Bank Of Baku

Yaponiya sahillərində ABŞ esminesi yük gəmisi ilə toqquşub, yaralanan və itkin düşənlər var - YENİLƏNİB-1

Yaponiya sahillərində ABŞ esminesi yük gəmisi ilə toqquşub, yaralanan və itkin düşənlər var - <span style="color: red;">YENİLƏNİB-1
# 17 iyun 2017 04:16 (UTC +04:00)

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

 

Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir. 

 

Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.

 

Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə  ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.

 

 

***

 

03:11

 

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Gəmilər  Yokosuka şəhərindən 103 km cənub-qərbdə toqquşub. Qəzanın səbəbləri barədə məlumat verilmir. 

 

***

 

01:28

 

Yaponiyanın Yokosuka şəhəri yaxınlığında ABŞ esminesi ticarət gəmisi ilə toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

 

Məlumata görə, “USS Fitzgerald” esminesi Yokosuka şəhərindən 103 km cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Zərərçəkənlərin sayı müəyyənləşdirilir. Bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri yardım üçün Yaponiya sahil mühafizəsinə müraciət edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR