Bank Of Baku

Yunanıstan parlamenti yeni islahatları dəstəkləyib

Yunanıstan parlamenti yeni islahatları dəstəkləyib
# 15 dekabr 2015 22:21 (UTC +04:00)

Bakı-APA. Yunanıstan parlamenti 1 mlrd avro məbləğində yeni kredit tranşının əldə olunması üçün islahatların ikinci paketinin həyata keçirilməsi haqqında  qanun layihəsinin qəbul olunmasını dəstəkləyib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

Qanun layihəsinin qəbul edilməsinə 153 deputat səs verib, əleyhinə isə 138 nəfər çıxış edib. Hakim koalisiyası qanun layihəsini dəstəkləyiblər.

 

Qanuna əsasən, Avropa Qrupu  dəstəklədikdən sonra 1 mlrd avro məbləğində yeni kredit tranşı artıq dekabrın 18-dək ayrılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR