Bank Of Baku

Yunanıstan üçün növbəti kredit tranşı 10,3 milyard avro həcmində olacaq

Yunanıstan üçün növbəti kredit tranşı 10,3 milyard avro həcmində olacaq
# 25 may 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Avrozona ölkələrinin maliyyə nazirləri Şurasının (Avroqrup) mayın 25-nə keçən gecə başa çatan iclasında  Yunanıstan üçün növbəti kredit tranşının  10,3 milyard avro həcmində olacağı təsdiqlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Avroqrupun rəhbəri Yerun Deyselblum bildirib. Onun sözlərinə görə, qeyd olunan maliyyə paketi Yunanıstana hissə-hissə veriləcək.  

 

“Bütün şərtlərin yerinə yetiriləcəyi təqdirdə ESM Yunanıstana maliyyə yardımı proqramından  ikinci tranşın ayrılmasına razılıq verə bilər.  Biz hissə-hissə ayrılacaq tranşın məbləği də müəyyən etdik - 10,3 milyard avro”, - deyə Deyselblum iclasdan sonra keçirilmiş mətbuat konfransında bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR