Bank Of Baku

Xerson vilayətinin bir hissəsində təxliyə işləri yekunlaşıb

Xerson vilayətinin bir hissəsində təxliyə işləri yekunlaşıb
# 28 oktyabr 2022 14:28 (UTC +04:00)

Ukraynanın Xerson vilayətinin Dneprin sağ sahilində yerləşən hissəsində dinc əhalinin təxliyəsi başa çatıb.

APA xəbər verir ki, bu barədə məlumatı Xerson vilayəti qubernatorunun müavini Kirill Stremousov verib.

O qeyd edib ki, təxliyə prosesi könüllülük əsasında həyata keçirilib.

Həmçinin o da qeyd olunub ki, Xerson vilayətinin mərkəz hissəsinin də təxliyəsi tamamlanıb.

Stremousov xəbərləri təsdiqləyərək vurğulayıb: “Həqiqətən də təxliyə başa çatıb və biz dinc əhalinin atəş xəttindən uzaqlaşması üçün şərait yaradılıb, onlar təhlükəsiz ərazilərə göndəriliblər”.

Təxliyə olunan şəxslərin sayı haqda dəqiq məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR