Bank Of Baku

XİN: İstənilən sülh səyləri Ukraynanın ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır

XİN: İstənilən sülh səyləri Ukraynanın ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır
# 07 aprel 2023 14:18 (UTC +04:00)

"Sülhün bərpası üçün istənilən vasitəçilik səyləri Ukraynanın ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır".

APA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.

"Ukraynanın öz torpağının bir santimetrindən belə imtina etməsi üçün heç bir hüquqi, siyasi və mənəvi səbəb yoxdur. Sülhün bərpası üçün istənilən vasitəçilik səyləri BMT Nizamnaməsinə uyğun olaraq suverenliyə hörmət və Ukraynanın ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır", - Ukrayna XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR