Bank Of Baku

XİN rəhbəri: Gürcüstan Aİ-yə üzvlüyə hazırlanır

XİN rəhbəri: Gürcüstan Aİ-yə üzvlüyə hazırlanır
# 26 noyabr 2025 23:06 (UTC +04:00)

“Avropa İttifaqına üzvlük yalnız Gürcüstandan asılı proses ola bilməz. Bu, ikitərəfli prosesdir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O qeyd edib ki, Gürcüstan hökumətinin vəzifəsi ölkəni Avropa İttifaqına üzvlüyə hazırlamaqdır.

“Gürcüstan bu məkana uyğun ölkə olmalıdır. Bu, müvafiq islahatların həyata keçirilməsini, müvafiq standartların tətbiqini nəzərdə tutur. Avropa İttifaqına üzv dövlətlərə çevrilməsi və ittifaqdakı rəqabətə tab gətirməsi üçün Gürcüstan iqtisadi cəhətdən hazırlanmalıdır”, - Boçorişvili əlavə edib.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bildirib. Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR