Hazırda Rusiya rəhbərliyi ilə danışıqlar Parisin marağına uyğun deyil.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne RFI və "France24"ə müsahibəsində deyib.
“Çünki onların verdiyi press-relizlər, xəbərlər yalandır. Bəlkə də biz əvvəlcə etibarı bərpa etməliyik”, - fransalı nazir vurğulayıb.
Nazir Moskvada terror hücumundan sonra Fransa və Rusiya müdafiə nazirləri arasında telefon danışığına da toxunub. O deyib ki, bu telefon danışığı ilə bağlı Rusiya tərəfi həqiqətə uyğun olmayan informasiya yayıb.