Bank Of Baku

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopteri verəcək

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopteri verəcək
# 26 fevral 2023 05:05 (UTC +04:00)

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopterini təhvil verməyə hazırlaşır. Onların veriləcəyi hələ noyabr ayında elan edilmişdi.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.

“Jutarnji list” saytının məlumatına görə, on iki Mi-8MTV-1 və iki Mi-8T helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir.

Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.

Xorvatiya hökuməti Ukraynaya bütün hərbi yardımı ictimaiyyətə qapalı şəkildə təsnif etdiyi üçün jurnalistlər hakimiyyət orqanlarından rəsmi təsdiq ala bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR