Bank Of Baku

Xorvatiyada naməlum şəxs atəş açıb: 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Xorvatiyada naməlum şəxs atəş açıb:  1 nəfər ölüb, 8 nəfər yaralanıb
# 02 iyul 2023 02:07 (UTC +04:00)

Xorvatiyanın Sisak şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Xorvatiyanın INDEX nəşri yerli polis orqanlarına istinadən məlumat yayıb.

Atışma iyulun 1-i şənbə günü axşam saat 20:10 radələrində baş verib. Naməlum şəxs “Kalaşnikov” avtomatından atəş açaraq 1 nəfəri öldürüb, 8 nəfəri yaralayıb.

Xorvatiya polisi həmin şəxsi axtarır.

Şəhərdə bir neçə yerdə yanğın da baş verib, yanğınsöndürənlər əraziyə cəlb edilib.

***

01.03

Xorvatiyanın Sisak şəhərində naməlum şəxs küçədə avtomatdan atəş açıb, qurbanlar var.

Bu barədə APA Index nəşrinə istinadən xəbər verir.

“Hadisə yerində çoxlu sayda polis qüvvələri var. Qeyri-rəsmi məlumata görə, ölən və yaralanan var, ərazi bloklanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR