Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa martın 19-da Türkiyəyə işgüzar səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə cari regional və beynəlxalq məsələlərin, eləcə də ikitərəfli münasibətlərin müzakirə ediləcəyi nəzərdə tutulur.