Bank Of Baku

Yeni Zelandiya ukraynalı qaçqınlar üçün təyyarə göndərəcək

Yeni Zelandiya ukraynalı qaçqınlar üçün təyyarə göndərəcək
# 11 aprel 2022 12:18 (UTC +04:00)

Yeni Zelandiya Avropaya C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsi və 50 nəfərlik dəstək personalı göndərəcək.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Yeni Zellandiya hökumətinin bəyanatında bildirilib.

Əlavə olunub ki, komanda bütün Avropa ərazisinə səfərlər edərək ukraynalı qaçqınların paylanma mərkəzlərinə müxtəlif ləvazimatlar və vasitələr çatdıracaq lakin Ukrayna ərazisinə daxil olmayacaq.

Bəyanatda qeyd olunub ki, Yeni Zelandiya Ukrayna Ordusunun dəstək məqsədi ilə Böyük Britaniya vasitəsi ilə satın alınacaq hərbi vasitələr üçün əlavə 8,8 milyon dollar ayıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR