Bank Of Baku

Yermakın müşavirləri və köməkçiləri də işdən çıxarılıb

Sergey Leşenko, Prezident Ofisinin ştatdankənar müşaviri

© APA | Sergey Leşenko, Prezident Ofisinin ştatdankənar müşaviri

# 22 dekabr 2025 15:29 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın istefasından sonra onun müşavirləri və köməkçiləri vəzifələrindən azad edilib, lakin onlardan bəziləri yeni vəzifələrə təyin olunub.

APA “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin ştatdankənar müşaviri Sergey Leşenko məlumat yayıb.

“Ofisin rəhbəri getdi və onun müşavirləri də getdi. Lakin mən və Mixail Podolyak Prezident Ofisinin müşavirləri vəzifəsinə yenidən təyin olunduq. Bu, artıq bir neçə həftə əvvəl qəbul olunmuş qərardır”, – o vurğulayıb.

Leşenko əlavə edib ki, bu dəyişikliklər “əhəmiyyətli nəticələrə gətirib çıxarmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR