Bank Of Baku

Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır

Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır
# 06 aprel 2022 13:00 (UTC +04:00)

Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır.

APA xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiya Federasiyasının Yunanıstanda akkreditə olunmuş Diplomatik və Konsulluq Nümayəndəliklərinin 12 üzvü "persona non grata" elan edilib", - XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, bu qərar Diplomatik Məsələlər üzrə 1961-ci il Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Məsələləri üzrə Vyana Konvensiyasının müddəalarına uyğun olaraq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR